Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Suriya ilə həmsərhəd Hatay əyalətinə səfər edib.
APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, R.T.Ərdoğan Suriyanın Afrin bölgəsində aparılan əməliyyat komandanlığının qərargahına baş çəkib, yüksək rütbəli zabitlərin məruzələrini dinləyib.
Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı “Zeytun budağı” əməliyyatına başlayıb.