Dahi alim Albert Enşteynin 95 il əvvəl Tokio mehmanxanasında xidmətçiyə çay pulu əvəzi iki kağız parçasında yazdığı “xöşbəxtlik resepti” bu gün auksionda 1.8 mln. dollara satılıb.
Lent.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Nobel mükafatına yenicə layiq görülmüş dahi fizik A.Eynşteyn mühazirə oxumaq üçün 1922-ci ilin noyabrında Yaponiyaya gəlir. Baqajını hotelə daşıyan xidmətçiyə “çayevoy” vermək üçün alimin xırda pulu olmur, lakin onu əliboş buraxmaq istəmədiyindən, iki vərəq parçasına alman dilində iki nəsihət yazır və xidmətçiyə uzadaraq, “bunların dəyəri gündəlik çay pulundan daha da artıq ola bilər” deyir.
Birinci vərəqədə “Dinc və sadə həyat insana gərgin vəziyyətdə uğur dalınca qaçmaqdan daha çox xoşbəxtlik bəxş edir”, ikinci vərəqədə isə “Əgər əzm varsa, vasitə də tapılar” sözləri yazılıb.
Dahi alimin öz dəsti xətti ilə yazılmış bu nəsihətlər bu gün Yerusəlimdə keçirilən hərracda 1.8 milyon dollara satılıb.