Rusiyanın Ulyanovsk vilayətinin Çufarovo kəndində törədilmiş dəhşətli qətlin üstü açılıb. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, bir qədər əvvəl qətlə yetirilmiş 17 yaşlı əlil qızın qatili həbs edilib.
Məlumata görə, 19 yaşlı Azərbaycan vətəndaşı əlil qızla sosial şəbəkələr vasitəsi ilə tanış olubmuş. Sonradan onlar bir neçə dəfə qızın yaşadığı evdə görüşüblərmiş. Sonuncu dəfə cütlük noyabrın 24-də görüşüb. Görüş vaxtı isə tərəflər arasında mübahisə yaranıb. Nəticədə qız qətlə yetirilib. Dünən isə polis qatili saxlaya bilib. Azərbaycan vətəndaşının işi yerli prokurorluğa göndərilib