[b]Britaniyanın baş naziri qadın olacaq[/b]
07 iyul 2016 23:40 (UTC +04:00)

[b]Britaniyanın baş naziri qadın olacaq[/b]

Böyük Britaniyanın Mühafizəkarlar partiyasının rəhbəri və ölkənin baş naziri qadın olacaq.

 

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, belə nəticəyə mühafizəkar deputatların keçirdiyi səsvermənin ikinci raundunun yekunundan sonra gəlinib. Məlumata görə, partiya  liderinin müəyyənləşdirilməsi üzrə keçirilən kampaniyanın finalına iki qadın lider yüksəlib – 199 səs toplamış DİN rəhbəri Tereza Mey və 99 deputatın etimadını qazanmış energetika nazirinin müavini Andrea Lidsom.

 

Böyük ehtimalla məhz Tereza Mey Böyük Britaniyanın növbəti baş naziri seçiləcək.

 

Qeyd edək ki,  Böyük Britaniyanın tarixində bundan öncə baş nazir vəzifəsində çalışmış ilk qadın Marqaret Teççer olub (1979-1990).

 

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın 9-dək elan ediləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 193
avatar

Oxşar yazılar