<b>Britaniyada təyyarə ilə helikopter toqquşdu</b> - 4 ölü
18 noyabr 2017 00:21 (UTC +04:00)

Britaniyada təyyarə ilə helikopter toqquşdu - 4 ölü

0

Böyük Britaniyanın Bakinhempşir qraflığında yüngülmotorlu təyyarə və helikopterin toqquşması nəticəsində 4 nəfər ölüb

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə hüquq-mühafizə orqanlarının nümayəndəsi Rebekka Mirs bildirib.

 

“Qəza nəticəsində 4 nəfər ölüb – 2 nəfər helikkpterdə, daha 2 nəfər təyyarədə. Ölən şəxslərin adları bir az sonra açıqlanacaq. Hadisənin səbəbləri araşdırılır”, deyə R.Mirs qeyd edib. 

 

 

***

 

Böyük Britaniyanın Eylsberi şəhəri yaxınlığında yüngülmotorlu təyyarə ilə helikopter toqquşub.

 

APA-nın xəbərinə görə, bu barədə “The Guardian” məlumat verib.

 

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.

 

Ölən və yaralananlar barədə hələ ki, məlumat verilmir. Qəzanın səbəbləri müəyyənləşdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 358

Oxşar yazılar