Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin əyalətində quru əməliyyatı yanvarın 21-də başlaya bilər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yanvarın 20-də Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.
“Aviasiyamız nəzərdə tutulmuş hədəflərin əksəriyyətini məhv edib. Sabah, (yanvarın 21-də-red.) şəraitdən asılı olaraq, quru qoşunlarımız lazımi işi görəcək. Onlar Azad Suriya Ordusu ilə birgə əməliyyat keçirəcək”, - deyə B.Yıldırım qeyd edib.
Qeyd edək ki, Türkiyə ordusu bu gün Bakı vaxtı ilə saat 18.00-da Suriyanın Afrin bölgəsində terrorçulara qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.