<b>ABŞ Suriyaya yeni zərbə endirməyə hazırdır</b>
14 aprel 2018 20:49 (UTC +04:00)

ABŞ Suriyaya yeni zərbə endirməyə hazırdır

0

ABŞ Silahlı Qüvvələri Suriyaya yeni zərbələr endirməyə hazırdır. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.  

 

“Biz əminik ki, Suriyanın kimyəvi silah istehsalı proqramına ciddi ziyan vurulub. Suriya rejimi səbrimizi sınamağa davam edərsə, biz təzyiqi davam etdirəcəyik”, - deyə Heyli qeyd edib.  

 

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi əlavə edib ki, ABŞ ordusu Suriyada təkrarlana biləcək kimyəvi silahdan istifadə hallarına dərhal cavab verməyə hazırdır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 747

Oxşar yazılar