ABŞ Suriyanın şimalında “sərhəd təhlükəsizliyi qüvvələri”nin yaradılmasına dair NATO ilə heç bir məsləhətləşmə aparmayıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla telefon danışığı zamanı NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.
“Biz məsələ ilə bağlı Türkiyənin narahatlığını başa düşürük”, - deyə Stoltenberq Ərdoğana bildirib.
Bundan əvvəl ABŞ-ın YPG dəstələrini məxfi şəkildə zenit-raket kompleksləri ilə təmin etdiyi bildirilmişdi. Türkiyə rəhbərliyi buna kəskin etirazını bildirib.