[b]ABŞ Qüdslə bağlı qətnaməni blokladı[/b]
18 dekabr 2017 22:14 (UTC +04:00)

[b]ABŞ Qüdslə bağlı qətnaməni blokladı[/b]

ABŞ veto hüququndan istifadə edərək BMT Təhlükəsizlik Şurasında Qüdsün İsrailin paytaxtı kimi tanınmasına qarşı qətnaməni bloklayıb.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, Misir tərəfindən hazırlanan sənəddə Qüdsün İsrailin paytaxtı kimi tanınmasının təəssüf doğurduğu bildirilib.

 

Qətnamə layihəsinə əsasən, Qüdsün statusuna dair hər hansı qərar hüquqi qüvvəyə malik deyil və ləğv edilməlidir.

 

Qeyd olunur ki, ABŞ-ın adı qətnamədə hallanmayıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 188
avatar

Oxşar yazılar