ABŞ Rusiyanın bu məmurlarına qarşı sanksiya hazırlayır - <span style="color:red;">"Kreml hesabatı"  - <span style="color:red;">SİYAHI
30 yanvar 2018 10:08 (UTC +04:00)

ABŞ Rusiyanın bu məmurlarına qarşı sanksiya hazırlayır - "Kreml hesabatı" - SİYAHI

ABŞ Maliyyə Nazirliyihazırladığı "Kreml hesabatı" adlı sanksiya sənədini Konqresə təqdim edib.

 

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, sənədə 210 nəfərin adı daxil edilib. Onlardan 114-ü Rusiya Federasiyasının yüksək vəzifəli məmurlar, 96 nəfər isə dövlət şirkətlərinin rəhbərləri, o cümlədən iri oliqarxlardı.

 

Siyahıya Rusiyanın baş naziri Dimitri Medvedev, Nazirlər Kabinetinin üzləri - xarici işlər naziri Sergey Lavrov, energetika naziri Aleksandr Novak, nəqliyyat naziri Maksim Sokolov, sənaye və ticarət naziri Denis Manturov və və rabitə naziri Nikolay Nikiforov daxil edilib.

 

Siyahıda Rusiya Prezident Adminstrasiyasının rəhbəri Anton Vayno və dövlət başçısının köməkçisi Vladislav Surkov, habelə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 226
avatar

APA Baycan

Oxşar yazılar