Rza Zərrab və Hakan Atillaya hökm oxunacaq - DƏQİQ TARİX
04 yanvar 2018 02:28 (UTC +04:00)

Rza Zərrab və Hakan Atillaya hökm oxunacaq - DƏQİQ TARİX

ABŞ məhkəməsi Türkiyənin “Halkbank” bankının baş direktorunun müavini Mehmet Hakan Atillanı İrana qarşı sanksiyaları pozmağa cəhd etməkdə təqsirli bilib.

 

 APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Nyu-Yorkun Cənub dairəsinin prokuroru vəzifəsini icra edən Cun Kim bəyan edib.

 

 Onun sözlərinə görə, Atilla barəsində hökm aprelin 11-də çıxarılacaq.

 

“Halkbank”-ın baş direktorunun müavini ötən ilin martında ABŞ-da saxlanılıb. ABŞ tərəfi M.H.Atillanın sahibkar Rza Zərrabla sövdələşməyə girdiyini və  sanksiyaları pozmaqla İrana milyonlarla dollar məbləğində pul köçürməyi planlaşdırdığını iddia edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 242
avatar

Oxşar yazılar