Bir neçə gün əvvəl İstanbulun Atatürk hava limanında terror aktı törətməkdə şübhəli bilinərək saxlanılan şəxslərdən daha 6-sı məhkəmə qarşısına çıxarılıb. Lent.az habertürk-ə istinadən xəbər verir ki, Terrorla Mübarizə Şöbəsi tərəfindən dünən həyata keçirilən əməliyyatlar zamanı məlum olayı törədən 3 "canlı bomba" ilə sıx əlaqədə olan bir kişi və onunla əlaqədə şübhəli bilinən 5 nəfər barəsində məhkəmə həbs qərarı verib.
Qeyd edək ki, 44 nəfərin həyatına son qoyan terror aktı ilə bağlı tutulanların sayı 30 nəfərə çatıb və onlardan 14-ü əcnəbi, eləcə də biri Azərbaycan vətəndaşıdır.