«Taliban» hakimiyyətdən Ana Yasanı dəyişdirməyi tələb edir
27 dekabr 2012 23:03 (UTC +04:00)

«Taliban» hakimiyyətdən Ana Yasanı dəyişdirməyi tələb edir

«Taliban» hərəkatının yaraqlıları Pakistanın şimal-qərbində bir neçə keçid məntəqələrinə basqın edib.

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, onlar güc qurumlarının 22 əməkdaşını girov götürüb.

Bəzi yerli informasiya mənbələri iddia edib ki, oğurlanılan əməkdaşların sayı 30 nəfərdən az deyil.

Dekabrın 27-də Pakistandakı informasiya vasitələri «Təhrik-e-Taliban»-nın hakimiyyət qarşısında şərtlə  çıxış etdiyinə dair xəbər yaymışdı. Onlar Pakistan hakimiyyətindən silahlı mübarizəni dayandırmağı tələb edib. Şərtlərə rəsmi İslamabadın Əfqanıstandakı hərbi əməliyyatlarda iştirakdan imtina etməsi, eləcə də ölkənin Ana Yasası və xarici siyasətinə yenidən baxaraq, onu islam prinsiplərinə uyğunlaşdırmaq da daxildir.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 601

Oxşar yazılar