Əfqanıstanda Təhlükəsizliyə yardım üzrə Beynəlxalq qüvvələrin hərbi kontingentinin (ISAF) təmsilçiliyi bəyan edib ki, cari ilin fevralında ölkənin 34 vilayətindən 23-ün təhlükəsizliyinə nəzarəti Əfqanıstanın hərbi qurumları gerçəkləşdirəcək.
Lent.az-ın “
Bu prosesin 2014-cü ildə, yəni bütün xarici qoşunlar ölkəni tərk etdikdən sonra tamamlanacağı ehtimal olunur.
Xatırladaq ki, ABŞ prezidenti müşavirinin müavini Ben Rods prezident administrasiyasının da ABŞ ordusu birləşmələrini Əfqanıstandan 2014-cü ildən sonra çıxarmağı planlaşdırdığını bildirmişdi.
Hazırda Əfqanıstanda ABŞ-ın 68 min əsgəri hərb xidmət qulluqdadır. NATO-nun hərbi kontingentinin sayı isə 102 min nəfərdir.