«Ermənistanın yürütdüyü siyasət Gürcüstanın milli maraqlarına ziddir»- bunu Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasının baş katibi Vano Merabişvili bəyan edib.
O, Gürcüstanın baş naziri Bidzina İvanişvilinin “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsini şərh edərkən deyib: “Gürcü xalqı və Gürcüstan 2008-ci il referendumunda seçimini edib, Gürcüstanın gələcəyi və prioritetləri ilə bağlı mövqeyini bildirib”
Vano Merabişvilinin sözlərinə görə, Gürcüstanın maraqları ilk növbədə NATO və Avropa strukturları ilə bağlıdır və təhlükəsizliyinin, müstəqilliyinin təminatı da budur: “Ermənistan bizim üçün dost ölkə olsa da, bu ölkənin yolu, Rusiya və NATO ilə münasibətləri bizim üçün qəbuledilməzdir, Gürcüstanın milli maraqlarına ziddir”.
Xatırladaq ki, Bidzina İvanişvili həm Rusiya, həm də ABŞ və NATO ilə münasibətlər qurmağa çalışan Ermənistanın nümunəsinin «ibrətamiz» olduğunu bildirib.
ANS PRESS