Terroorçu «əl-Qaidə»-nin beynəlxalq şəbəkəsi ilə əlaqədə olduğu deyilən «ən-Nusra Cəbhəsi» islamçı təşkilatı Livandakı «Hizbullah»a qarşı «müqəddəs savaş» elan edib.
Lent.az-ın «newsru»-ya istinadən məlumatına görə, bu haqda qrupun yaydığı videoyazıda bildirilib. Həmin müraciətdə «cəbhə» öz tərəfdarlarını «Hizbullah»a qarşı cihada çağırıb.
Xatırladaq ki, ABŞ-ın Dövlət Departamenti bu təşkilatı terrorçu qurumlar siyahısına daxil edərək, ona qarşı sanksiya tətbiq edib. O,Bəşar Əsəd rejiminə qarşı mübarizə aparan ən döyüşkən təşkilat sayılır. «Cəbhə»-nin 5 min çox döyüşçüsünün olduğu ehtimal edilir. Onların hədəfi «Suriyadakı ələvilər rejimini İslam quruluş» ilə əvəzləməkdir.
«Hizbullah» isə Bəşar Əsəd hakimiyyətini müdafiə edir.