«Dişinə» görə 11 fil  öldürülüb
08 yanvar 2013 07:25 (UTC +04:00)

«Dişinə» görə 11 fil  öldürülüb

11 fil Keniyada brokonyer dəstəsinin qurbanı olub. Lent.az-ın məlumatına əsasən, hakimiyyət bu olayı fillərin «son illərdə ən kütləvi qırğını» adlandırıb.

 

Ölkə Təbiəti Mühafizə Xidməti bildirib ki, fillərin hamısı ölkənin şərqi Tsavo milli parkında öldürülüb. Onların cəsədlərində odlu silahın açdığı yaralar aşkarlanıb, eləcə də «dişləri» mişarla kəsilib.

 

Mənbənin xatırlamasına əsasən, Keniya hakimiyyəti fil sümüyü satışını yasaqladıqdan sonra 1989-cu ildə qurunun ən nəhəng heyvanın öldürülməsi kəskin azalmışdı. Ancaq Asiyada fil «dişinə» ehtiyacı artması brokonyerlərin fəallaşmasına səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1138
avatar

Oxşar yazılar