Hindistanın Ali məhkəməsi sensasiyalı açıqlama ilə çıxış edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, qurum bildirib ki, ölkə paytaxtı Dehli qadınlar üçün günü-gündən daha təhlükəli olur.
«Yaranmış şərait ucbatından onlar qatı cinayətlərin qurbanına çevrilirlər» - deyə, ali məhkəmə bəyan edib.
Avtobusda tələbə qızın zorlanması ilə bağlı məhkəmə dinləmələrində hakimlər bildirib ki, bu ilk, qeyri-adi olay deyil: «Məhkəmə hakimiyyəti qadınların özlərini təhlükəsiz hiss etməsi üçün şəraitin yaradılmamasından rahatsızdır».
Qeyd edək ki, ötən il dekabrın 16-da 23 yaşlı tələbənin zorlanması ölkədə kütləvi etiraz dalğası ilə müşayiət olunub. Etirazçılar günahkarlara ən yüksək cəzanın verilməsini tələb edib.