«Böyük səkkizlik» gələn il Soçiyə toplaşacaq
04 fevral 2013 20:29 (UTC +04:00)

«Böyük səkkizlik» gələn il Soçiyə toplaşacaq

Rusiyanın 2014-cü ildə «G8»-ə sədrliyi ilə əlaqədar Vladimir Putin “böyük səkkizlik” dövlət və hökumət başçılarının görüşünün Soçidə keçirilməsi ilə bağlı qərar imzalayıb.

 

APA-nın Kremlin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Putin həmçinin Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanovu Rusiyanın «G8»-də sədrliyi dövründə təşkilatçılıq işləri ilə bağlı komitəyə sədr təyin edib. Daha öncə bu vəzifəni Moskva meri Sergey Sobyanin icra edib.

 

«Böyük səkkizlik» -  Britaniya, Almaniya, İtaliya, Kanada, Rusiya, ABŞ, Fransa, Yaponiya hökumətlərini birləşdirən beynəlxalq klubdur. Klubun dünyanın iqtisadi böhrandan çıxmasına həsr olunmuş növbəti görüşü 2013-cü ilin mayında Böyük Britaniyada keçiriləcək. Həmin görüşdə kluba sədrlik Rusiyaya ötürüləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 609
avatar

Oxşar yazılar