«Abxaziya dəmiryolunun bərpası Rusiyanın maraqlarına uyğundur»
17 yanvar 2013 22:53 (UTC +04:00)

«Abxaziya dəmiryolunun bərpası Rusiyanın maraqlarına uyğundur»

Gürcüstan prezidenti Mixail Saakaşvili Abxaziya ilə dəmiryol xəttinin bərpasının  Tiflisin maraqlarına cavab vermədiyini bildirib.

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, yanvarın 17-də baş nazir Bidzina İvanişvili İrəvanda həmkar Tiqran Petrosyanla keçirdiyi mətbuat konfransında bu xəttin bərpası mümkünlüyündən də danışıb.

Xatırladaq ki, sözügedən dəmiryol xətti 1992 - 93-cü illərdə gürcü-abxaz silahlı münaqişəsinə görə bağlanıb.

«Bu bəyanat ölkəmizin geopolitik və siyasi maraqlarına qətiyyən cavab vermir»-deyə, Saakaşvili televiziyaya müsahibəsində söyləyib.

O,qeyd edib ki, dəmiryolunun bərpası Gürcüstandan çox Rusiyanın maraqlarına cavab verir: «Bu məsələyə yalnız Gürcüstanın ərazi bütövlüyü təmin olunduqdan sonra baxmaq olar. Dəmiryolu xəttinin bərpası faktiki olaraq, Rusiyanın Abxaziyanı tanımasını qanuniləşdirməkdir».

Bu günlərdə ölkənin reinteqrasiya naziri Paata Zakareişvili Gürcüstan hakimiyyətinin  Rusiya ilə dəmiryolu xəttini «Abxaziyanın deizoliasiyası strategiyası» çərçivəsində bərpasına hazır olduğunu bildirmişdi. Ancaq bir müddət sonra o, Abxaziyanın bu məsələyə maraq göstərmədiyini vurğulamışdı.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 666
avatar

Oxşar yazılar