“Türkiyə ilə ABŞ arasında münasibətlər daha da dərinləşəcək”
19 noyabr 2016 21:22 (UTC +04:00)

“Türkiyə ilə ABŞ arasında münasibətlər daha da dərinləşəcək”

“Amerikada prezident seçkilərinin nəticəsi gözlənilməz sürpriz oldu və demokratiyanın gözəlliyi də bundadır. Bu, həmçinin Amerika xalqının seçkilər zamanı birləşməsi və iradəsinin birliyidir”.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri bu gün Tiflisdə Türkiyə səfirliyinin dəstəyi ilə təşkil olunan Anadolu Agentliyinin fotoqraflarının “15 iyul milli iradənin yüksəlişi” adlı sərgisində iştirak edən Türkiyənin Gürcüstandakı səfiri Zeki Levent Gümrükçü gürcü və azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Türkiyənin prezidenti və baş naziri ölkənin  yaxın müttəfiqi və dostu olan ABŞ-da seçkilərdə qalib gələn Donald Trampı şəxsən təbrik ediblər: “Çox yaxın, iki müttəfiq və dost ölkənin əməkdaşlığı on illər öncə başlayan iş birliyinə əsaslanır. Bizim bütün sahələrdə ortaq mücadiləmiz var və ortaq dəyərlər üzərində qurduğumuz bir müttəfiqlik və ittifaq var. Bu baxımdan iqtidara iki ölkədə kim gəlirsə gəlsin  əməkdaşlığımız eyni şəkildə, qərarlı bir şəkildə davam edəcəyinə inancımız sonsuz olacaq. Donald Trampın Türkiyəyə dair önəmli mesajlar verib, Türkiyə ilə Amerika arasında münasibətlər daha da dərinləşəcək. Biz bu istiqamətdə iki ölkə olaraq bərabər çalışacağımıza inanırıq”, - deyə  səfir bildirib.

 

Səfir Donald Trampın prezident vəzifəsinə seçilməsinin Amerika xalqının azad istəyi və qərarı olan seçim olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 276
avatar

Oxşar yazılar