“Türkiyə ABŞ-ın İrana tətbiq etdiyi yeni sanksiyalara qoşulmayacaq”
07 yanvar 2013 01:32 (UTC +04:00)

“Türkiyə ABŞ-ın İrana tətbiq etdiyi yeni sanksiyalara qoşulmayacaq”

Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan ölkəsinin ABŞ-ın İrana qarşı birtərəfli sanksiyalarına qoşulmayacağını bildirib.

 

APA-nın İRİB-ə istinadən məlumatına görə, Z. Çağlayan deyib ki, rəsmi Ankara yalnız BMT Təhülkəsizlik Şurasının qətnamələri qarşısında öhdəlik daşıyır: “Ona görə də Türkiyə ABŞ-ın İrana tətbiq etdiyi yeni sanksiyalara qoşulmayacaq. Xiyar, pomidor, avtomobil satdığın zaman ixracat sayılır. Bəs onda qızılı satdığın zaman niyə ixracat sayılmır? Çünki bu məsələ bəzilərini narahat edir. Bəziləri Türkiyənin iqtisadi uğuruna kölgə salmaq istəyir. Amma onların bu niyyəti həyata keçməyəcək. Biz 6,5 milyard dollarlıq idxalat reallaşdırmışdıq, ixracatımız isə yalnız 1,5 milyard dollar idi. 4 milyard dollar idxalatımız olduğu zaman bunu idxalat saydıq, bəs niyə indi bu insanlar ixracatı deməyə çəkinirlər? Bu ilin 9 ayı ərzində Türkiyə cəmi 10,7 milyard dollarlıq qızıl ixracatı, 6,7 milyard dollarlıq da qızıl idxalatı reallaşdırıb. Qızıl ixracatının hamısı da yalnız İrana həyata keçirilməyib. İndi ABŞ sanksiyadan danışır. ABŞ-ın qərarı yalnız öz hüdudları çərçivəsində keçərlidir. Türkiyə ABŞ-ın üzvü deyil, heç Avropa Birliyinin də üzvü deyil. Avropa Birliyinin qərarı da özn sərhədləri daxilində keçərlidir. İranın təxminən 80-90 milyard dollarlıq idxalatının 10 milyard dollarını biz reallaşdırdıq. Bəs geri qalan 80 milyard dollarlıq idxalatı İran haradan edir?” Nazir əlavə edib ki, Türkiyənin İran qazına və enerjisinə ehtiyacı var: “Bu baxımdan Türkiyə İrandan “mavi yanacaq” idxalını davam etdirəcək”.

 

Qeyd edək ki, Türkiyə təbii qaza olan ehtiyacının 20%-ni İran vasitəsilə təmin edir. Bu rəqəmin illik 8-12 milyard kubmetr olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 534
avatar

Oxşar yazılar