Avropada “Qervart” qasırğası nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Polşa və Çexiyada 4 nəfər təbii fəlakətin qurbanı olub.
Bundan əvvəl Almaniyanın Aşağı Saksoniya və Reyn-Vestfaliya federal torpağında 2 nəfər ölüb. “Qervart” ən çox Almaniyanın şimal və mərkəzi bölgələrində fəsadlar törədib. Çexiyada qeyri-sabit hava ilə əlaqədar qatarların hərəkəti qismən dayandırılıb.