UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la Gürcüstan “Samtredia”sı arasında keçiriləcək qarşılaşmaya bilet satışı davam edir. Apasport.az saytının məlumatına görə, azarkeşlər hər gün saat 10:00-dan 19:00-a kimi Tofiq Bəhramov adına Respublika stadionun kassalarından bilet əldə edə bilər.
Ağdam klubundan verilən xəbərdə geridə qalan günlərdə artıq 9000 bilet öz sahibini tapdığı bildirilib.
Qeyd edək ki, "Qarabağ" – “Samtredia" matçı iyulun 11-də keçiriləcək və saat 21:00-da start götürəcək.