“Qanuni oğrular” “Ded Xasan”la bağlı İvanişvili ilə danışıqlara başladılar
18 yanvar 2013 14:07 (UTC +04:00)

“Qanuni oğrular” “Ded Xasan”la bağlı İvanişvili ilə danışıqlara başladılar

Yanvarın 17-də gecə Moskvadakı Troekurovsk qəbiristanlığında “Ded Xasan” ləqəbli “qanuni oğru” Aslan Usoyanın matəm mərasimi başlayıb.

 

Lent.az-ın verdiyi məlumata görə, bu barədə “RİA Novosti” agentliyi hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

 

Matəm mərasimindən sonra 75 yaşlı Aslan Usoyanın cənazəsi təyyarə ilə vətəni Gürcüstana göndəriləcək və orada dəfn ediləcək. Bununla belə, Gürcüstan Daxili İşlər Nazirliyi və Xarici İşlər Nazirliyi Aslan Usoyanın Gürcüstanda dəfn ediləcəyi barədə məlumata malik deyil. Qeyd edək ki, “qanuni oğru”nun qohumlarının belə bir xahişlə Gürcüstan hakimiyyətinə müraciət etdiyi barədə xəbər də yayılıb.

 

Məşhur gürcü vəkil və hüquq müdafiəçisi Qela Nikolaişvili “İnterfaks” agentliyinə açıqlamasında deyib ki, qohumlarının arzusu ilə Aslan Usoyan Gürcüstanda dəfn edilə bilər, o, Gürcüstanda doğulub və müəyyən müddət burada yaşayıb: “Amma Gürcüstanda “qanuni oğru”lar və oğru ənənələrinə bağlılıq haqqında qanun var. Bu qanına görə, həmin kateqoriyalı vətəndaşlar hətta cinayətə yol vermədikləri halda da saxlanıla və uzun müddət azadlıqdan məhrum edilə bilərlər. Əgər Gürcüstandakı dəfn mərasiminə Rusiyadan kriminal avtoritetlər gələcəksə, onlar saxlanılacaqlar”.

 

Rusiya KİV-n yazdığına görə, artıq “qanuni oğrular” Gürcüstanın müəyyən dairələri, əsasən də baş nazir İvanişviliyə yaxın çevrələrlə danışıqlara başlayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4438
avatar

Oxşar yazılar