“Bu yoxlamaların nə vaxt bitəcəyi bəlli deyil. Moskvada OMON hər gün bu və ya digər ticarət mərkəzlərində, bazarlarda yoxlamalar keçirir”. Bunu Lent.az-a Moskvada yaşayan həmyerlimiz Teymur Hüseynov bildirib. Onun sözlərinə görə, bu gün Moskvanın Lyublino rayonunda yerləşən “Moskva” ticarət mərkəzindəki yoxlamalar zamanı 90-a yaxın azərbaycanlı saxlanılıb. Onların əksəriyyətinin işləmək izni olan sənədi olmayıb.
T. Hüseynovun onu da bildirib ki, sahibkarlar həmin ticarət mərkəzinin sahibi, əslən Qubadan olan Zarah İliyevlə görüşməyə cəhd ediblər. Lakin bu görüş alınmayıb. Sahibkarlar nə edəcəklərini bilmirlər.
Hüseynovun dediyinə görə, bu gün Moskvanın “Dubrovka” metrostansiyasının yaxınlığında yerləşən ticarət mərkəzində də polis yoxlamalar keçirib. Xeyli saxlanılan var.