<b>“Müdafiə naziri gedəcək” – <span style="color:red;">Nikol Paşinyan </b>
08 may 2018 14:53 (UTC +04:00)

“Müdafiə naziri gedəcək” – Nikol Paşinyan

“Hökümətdə ciddi dəyişiklik gözlənilir. Müdafiə naziri də istefaya gedəcək”.

 

Lent.az hetq.am-a istinadən bildirir ki, bunu Ermənistanın yeni seçilmiş baş naziri Nikol Paşinyan deyib. Paşinyanın sözlərinə görə, yeni hökümətdə xeyli dəyişikliklər edəcək:

“Müdafiə Nazirliyində, eləcə də digər hökümət idarələrində ciddi dəyişiklər olacaq. Hətta müdafiə naziri də gedəcək. Ölkənin rəhbərliyinə cəlb edilməli olan bir çox mütəxəssis var. Onların çoxu xaricdə təhsil alıb və onlara iş təklifləri ediləcək. Amma bütün bunlar daxili müzakirələrdən sonra baş verəcək”.

Qeyd edək ki, Ermənistan parlamentinin bu günkü xüsusi iclasında Nikol Paşinyan baş nazir seçilib. Deputatlardan 59-u Paşinyanın lehinə, 42-si isə əleyhinə səs verib.

Onun baş nazir seçilməsi üçün minimum 53 səs tələb olunurdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 326
avatar

Tural TURAN

Oxşar yazılar