“Hizbullah”ın 5 min döyüşçüsü Suriya prezidenti Bəşər Əsədə sadiq ordu bölmələri ilə birlikdə müxaliflərə qarşı döyüşmək üçün Livan-Suriya sərhədini keçib.
Lent.az-ın Suriyanın “Al-Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, “Hizbullah” döyüşçüləri Dəməşq ətrafında gedən döyüşlərdə iştirak edəcək.
Bu arada, Bəşər Əsəd hakimiyyətinin müttəfiqi sayılan Rusiya da Suriya sahillərinə yeni döyüş gəmiləri və desant qüvvələri göndərib.