“Əş Şəbab”ın kəşfiyyat rəisi məhv edildi
30 dekabr 2014 21:49 (UTC +04:00)

“Əş Şəbab”ın kəşfiyyat rəisi məhv edildi

0

ABŞ  döyüş təyyarələrinin zərbələri nəticəsində “Əş Şəbab” terror qruplaşmasının kəşfiyyat rəhbəri öldürülüb. APA-nın verdiyi xəbərə görə, bu barədə “Frans Press” Somali hökumətinə istinadən məlumat yayıb.  

 

“Somali və ABŞ-ın milli təhlükəsizlik qurumları tərəfindən keçirilən birgə əməliyyat nəticəsində Abdişakur və Təhlil ləqəbləri  ilə tanınan “Əş Şəbab” terror qruplaşmasının kəşfiyyat rəhbəri məhv edilib”, deyə məlumatda bildirilir.    

 

Bundan əvvəl bildirilmişdi ki, Somalidə ABŞ  təyyarələrinin zərbələri nəticəsində “Əş Şəbab” terror qruplaşmasının ali liderlərindən biri məhv edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 685

Oxşar yazılar