“Ded Xasan”ın düşmənlərindən biri öldürüldü
21 yanvar 2013 15:05 (UTC +04:00)

“Ded Xasan”ın düşmənlərindən biri öldürüldü

Kriminal aləmdə “Astik Suxumskiy” ləqəbi ilə tanınan “qanuni oğru” Astamur Quliya Suxumidə restoranların birinin yaxınlığında güllələnib.

 

Lent.az-ın “dkvartal.ru” saytına istinadən verdiyi məlumata görə, ağır yaralanmış Astamur Quliyanın xilas edilməsi üçün Moskvadan həkim komandası gəlib. Ancaq həkimlər Astamur Quliyanın həyatını xilas edə bilməyiblər.

 

Qeyd edək ki, Astamur Quliya yanvarın 16-da Moskvada güllələnərək öldürülən “Ded Xasan” ləqəbli “qanuni oğru” Aslan Usoyanın əsas düşmənlərindən biri olub. Astamur Quliyanın ölümü “Ded Xasan”ın mənsub olduğu cinayətkar qruplaşmanın intiqamı sayılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7916
avatar

Oxşar yazılar