Bu gün Moskvanın mərkəzində “Ded Xasan” ləqəbli qanuni oğru Aslan Usoyan öldürülüb.
Lent.az-ın “vesti.az” saytına istinadən verdiyi məlumata görə, Ded Xasan bu gün saat 14:30 radələrində “Karetnıy dvor” restoranının girişində güllələnib.
Bu restoran Kremlin yaxınlığında, Povarskaya küçəsində yerləşir, Azərbaycan əsilli şəxsə məxsusdur. “Ded Xasan” xəstəxanaya aparılıb reanimasiya şöbəsinə yerləşdirilsə də, tezliklə ölüb. Olay zamanı bir qadının da ayağından güllə yarası aldığı bildirilir.
Qeyd edək ki, bu, Ded Xasana qarşı ilk sui-qəsd deyil. 2010-cu ilin sentyabrında, Moskvada Tverskaya küçəsində “Ded”ə qarşı sui-qəsd olub və o, 3 güllə yarası alıb. Sonradan “Ded Xasan” “qanuni oğru”ların toplantılarının birində deyib ki, onun öldürülməsini Azərbaycan əsilli “qanuni oğru”, “Rövşən Lənkəranski” ləqəbli Rövşən Caniyev sifariş verib, sifarişi isə “Əshaba” islamçı ektremist qruplaşması icra edib.
“Moskvovskaya Pravda” qəzetinun yazdığına görə, “Ded Xasan”la “Rövşən Lənkəranski” arasında münasibətlər “Çerkizovo” bazarı bağlanandan sonra yaranıb. Bu bazara nəzarət edən “Rövşən Lənkəranski” bazar bağlanandan sonra “Ded Xasan”ın və ona yaxın avtoritetlərin nəzarətində olan obyektlərə müdaxilə etməyə başlayıb. Bu məqsədlə o, “Ded Xasan”ın əsas rəqibləri olan “Tapo” ləqəbli Tarielo Onianinin nüfuz dairəsinə düşüb.
Məlumata görə, “Ded Xasan” “Rövşən Lənkəranski”ni Moskvadan çıxarmağa çalışsa da, lakin Rövşən Cemo və Mamuka Mikeladze adlı gürcü “qanuni oğruları”nın dəstəyi ilə Rusiya paytaxtında qala və möhkəmlənə bilib.
*****
15.29
Bu gün Moskvanın mərkəzində “Ded Xasan” ləqəbli qanuni oğru Aslan Usoyan öldürülüb. Lent.az-ın “vesti.az” saytına istinadən verdiyi məlumata görə, Ded Xasan bu gün saat 14:30 radələrində “Karetnıy dvor” restoranının girişində güllələnib.
Bu restoran Azərbaycan əsilli şəxsə mənsubdur. “Ded Xasan” xəstəxanaya aparılıb reanimasiya şöbəsinə yerləşdirilsə də, tezliklə ölüb.
Olay zamanı bir qadının da ayağından güllə yarası aldığı bildirilir.