“Cinsi əlaqə namazdan da önəmlidir!”
21 yanvar 2013 18:38 (UTC +04:00)

“Cinsi əlaqə namazdan da önəmlidir!”

Məşhur dinşünas-yazar: “Doğru namaz qılmağın yolu doğru cinsi əlaqədən keçir...”

 

 

 

 

Türkiyədə dini məsələlərlə bağlı açıqlamaları ilə həmişə diqqət mərkəzində olan dinşünas yazar Sibel Üresin növbəti dəfə qalmaqallı fikrin müəllifi olub. Lent.az-ın Türkiyənin “Akşam” qəzetinə istinadən verdiyi məlumata görə, Sibel Üresin cinsi əlaqənin namaz qılmaqdan da önəmli olduğunu söyləyib.

 

Sibel Üresin deyib ki, bunlardan birini digərinin yerinə qoymur: “Doğru namaz qılmağın yolu doğru cinsi əlaqədən keçir. Müqayisə etmək yanlışdır. Cinsi əlaqədə olmaq bir ibadətdir. Bu məsələ o qədər məxfidir ki, danışmaq belə insanları narahat edir, ədəbsizlik sayılır. Bu barədə danışılmadığı üçün sıxıntı var. Halal cinsi əlaqə nəticəsində dünyaya gələn uşaqla haram cinsi əlaqə nəticəsində dünyaya gələn uşağın yaradılışı eynidirmi? Doğru namaz qılmaq yaxşı dəstəmaz almaqdan keçirsə, Allahın yaxşı qulu olmağın şərti də sağlam döllənməkdir. Buna görə də doğru cinsi əlaqə əsasdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7586
avatar

Oxşar yazılar