“Akkuyu” AES-in işə salınacağı tarix bəlli oldu
05 may 2017 06:16 (UTC +04:00)

“Akkuyu” AES-in işə salınacağı tarix bəlli oldu

0

“Akkuyu” AES-in birinci enerji blokunun tikintisinə hazırıq tədbirləri final mərhələyə keçib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci bildirib.   

 

“Bizim Rusiya ilə əldə etdiyimiz “yol xəritəmiz” var, “Akkuyu” layihəsi uğurla həyata keçirilir. Hazırda enerji bloklarının tikintisi məsələsində biz final mərhələyə adlamışıq və tezliklə, bir ay müddətində, biz artıq reaktor üçün çala qazmağa başlayacağıq”, - deyə nazir qeyd edib.  

 

O həmçinin Ankaranın stansiyanı 2023-cü ildə işə salmaq niyyətində olduğunu bildirib.

 

Qeyd edək ki, prezident Vladimir Putin Rusiyanın “Akkuyu” AES-in tikintisinə 22 mlrd. dollar yatırmaq niyyətində olduğunu bəyan etmişdir.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 412

Oxşar yazılar