Gürcüstanın baş naziri Bidzina İvanişvili Moskva ilə Tiflisin diplomatik münasibətlərinin bərpası istədiyini və Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyinə ümid etdiyini bildirib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, «Acariya» telekanalına müsahibəsində o, deyib: «Mənim Rusiyaya səfərim planlaşdırılmayıb. Bədbəxtlikdən münasibətlərimiz səfər məsələsini müzakirə edəcək səviyyədə deyil. Ancaq tərəfimdən bunun baş tutması üçün bütün addımlar atılır. Mən bunun gerçəkləşəcəyinə inanıram».
Rusiya-Gürcüstan arasındakı mövcud əlaqələri dəyərləndirən baş nazir deyib ki, bu yöndə müəyyən uğurlar mövcuddur.
«Gürcüstan məhsulları Rusiya bazarlarındadır. Sadələşdirilmiş viza rejiminin həyata keçirilməsi və davamlı reyslərin açılması planlaşdırılıb. Başqa bir tərəfdən mənfi hallarda var. Bunların gələcəkdə də baş verə biləcəyini bilmirik. Ancaq biz addım-addım Rusiya ilə münasibətlərinin qurmalıyıq»-deyə, hökumət başçısı söyləyib.
B.İvanişvili müsahibəsində Gürcüstanın ərazi bütövlüyü məsələsində «İlk növbədə abxaz və osetin qardaşlarımızı əmin etməliyik ki, yaxşı dövlət qururuq. Onları inandırmalıyıq ki, bizimlə birlikdə yaşamaq maraqlıdır. Yalnız bu yolla biz ərazi bütövlüyümüzü barpa edə bilərik».