Türkiyədə gənc oğlan avtobusun altında qalıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Zonquldak şəhərində Bayram Ç.-nın idarə etdiyi sərnişin avtobusu yolu keçən piyada, 19 yaşlı Doğukan Bayrakı vurub. Tələbə oğlanı vuran sürücü hadisənin şokundan oturduğu yerdən qalxa bilməyib.Təxminən 15 dəqiqədən artıq avtobusun altında ilişib qalan gənc isə xilasedicilər tərəfindən oradan çıxarılıb.
Ağır yaralanan Doğukan Bayrak xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.