Türkiyə-İraq sərhədindəki hərbi posta hücum olub.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, dünən axşam saat 23:00 radələrində 110 nəfərdən ibarət PKK terrorçu qrupu Hakkarinin Çukurça rayonunda sərhəddə yerləşən Karataş postuna hücum edib.
Terrorçular hərbi postu atəşə tutublar. 1 əsgər həyatını itirib, 2 əsgər yaralanıb. Bölgəyə əlavə qüvvələr göndərilib. Döyüşdə 9 terrorçu zərərsizləşdirilib. Sağ qalan terrorçular qaçıblar.
Bölgədə əməliyyatlar davam etdirilir.