Kubanın keçmiş lideri Fidel Kastro Rus 9 aydan sonra xalq arasına çıxıb. Lent.az-ı-n xarici informasiya vasitələrinə istinadən məlumatına görə, yanvarın 8-də axşam saatların o, ölkə paytaxtı Havanada incəsənət studiyasının açılış mərasimində iştirak edib.
Kubanın «cubadebate» saytı 87 yaşlı Fidel Kastronun arxası obyektivin kameralarına sarı oturmuş vəziyyət fotosunu yayıb. Ölkənin keçmiş liderinin sifəti görünmür.
Xatırladaq ki, Fidel Kastro 2006-cı ildə sağlıq durumu ilə bağlı ölkə rəhbərliyindən gedib. Ancaq rəsmi olaraq, Kubanın ali baş komandanı və prezidenti vəzifələrini rəsmi olaraq 2008-ci ildə tərk edib.