[b]36 ilin prezidenti 92 yaşlı Muqabe yenə namizəddir[/b]
17 dekabr 2016 22:33 (UTC +04:00)

[b]36 ilin prezidenti 92 yaşlı Muqabe yenə namizəddir[/b]

0

Zimbabvedə hakim partiya 92 yaşlı ölkə başçısı Robert Muqabenin 2018-ci ildə  keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürüb.    

 

APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, Muqabenin namizədliyi partiyanın Masvinqo şəhərində keçirilmiş toplantısında yekdilliklə dəstəklənib.

 

Qeyd edək ki, Muqabe dünyada ən yaşlı ölkə başçısıdır. O, ilk dəfə 1987-ci ildə prezident seçilsə də, faktiki olaraq, 1980-ci ildən, baş nazir təyin ediləndən ölkəyə rəhbərlik edir. Qeyd edək ki, Zimbabve 1980-ci ildə özünü müstəqil elan edib.       

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 653

Oxşar yazılar