Rusiya ölkənin ən böyük Yolkasını qurur. Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Qırmızı Meydanda qurulacaq Yolka üçün kəsilmiş ağacın 27 metr hündürlüyü, 60 sm diametri var. Yeni il ağacı Moskvaya qatarla gətirləcək.
90 illik şam ağacının kəsilməsi sakinlər tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri buna sevinsələr də, bir qrup sakinlər təbiətə vurulan ziyana görə narazılıq ediblər.