Hamını heyrətə salacaq hadisə Moskvada baş verib. Lent.az-ın life.ru-ya istinadən məlumatına görə, 72 yaşlı təqaüdçü həyətdə oynayan 9 yaşlı qızı aldadaraq evinə aparıb, orada ona təcavüz edib, dişləyib və ələ salıb.
Qoca mətbəxə keçən zaman qızcığaz evdən qaçmağı bacarıb və başına gələnləri anasına danışıb.
9 yaşlı qızın anasının şikayəti əsasında, 72 yaşlı təqaüdçü Mixail Novikov yaşadığı mənzilindəcə saxlanılıb. Faktla bağlı bir neçə cinayət maddəsi ilə iş açılıb.
Təcavüzə uğrayan qızcığaz isə təcavüz və dişlək izlərinə görə xəstəxanaya yerləşdirilib.