[b]2 HDP-çi millət vəkili gözaltında[/b]
0
0
Türkiyədə PKK terror təşkilatının siyasi qanadı hesab olunan Xalqların Demokrat Partiyasından (HDP) olan 2 millət vəkili gözaltına alınıb.
Lent.az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, Diyarbəkir və Batman Respublika Prokurorluğunda həyata keçirilən iki ayrı terror istintaqı çərçivəsində barələrində tutulma qərarı olan HDP-nin qrup sədr müavini və Diyarbəkirdən olan millət vəkili Çağlar Dəmirəl ilə Siirt millət vəkili Bəsimə Konca Ankarada Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən gözaltına alınıb.
0
0