Meksikada bir müddət əvvəl yoxa çıxmış musiqiçilərin meyitləri tapılıb. Lent.az-ın “habertürk”ə istinadən verdiyi məlumata görə, ölkənin şimalındakı Nuevo Leon əyalətində hüquq-mühafizə orqanlarının əməkdaşları bir quyuda 17 cəsəd aşkarlayıb. Məlum olub ki, öldürülmüş şəxslərdən 14-ü 5 gün əvvəl silahlı qruplaşma tərəfindən qaçırılmış musiqiçilərdir.
Hazırda musiqiçilərin hansı səbəbdən və kim tərəfindən qətlə yetirilməsi araşdırılır. Bildirilir ki, “Kombo Kolumbiya” adlı musiqi qrupunun üzvü olan həmin şəxslər naməlum şəraitdə yoxa çıxıb.