Yekaterinburq, Sverdlovsk vilayəti, Uralmaş rayonunda yaşayan 117 min nəfər qaranlıqda qalıb.
Lent.az-ın Lenta.ru-a istinadən məlumatına görə, qaranlığa səbəb elektrik ötürücü xəttinin qırılması olub. Elektrik xətti havanın temperaturunun qəfildən mənfi 30 dərəcə şaxtaya enməsi ilə bağlı qırılıb.
Deyilənə görə, işığın bərpası üçün rayona 20 birqada göndərilib, ancaq yollar qardan bağlandığı üçün rayona daxil olmaq çətinləşib.