100 ilin ən təsirli 10 fotosu
10 yanvar 2013 13:13 (UTC +04:00)

100 ilin ən təsirli 10 fotosu

Bəzən bir neçə film belə bir fotoşəkil qədər yadda qalmır, insan qəlbində silinməz izlər buraxmır.

 

Lent.az-ın ötən 100 ildəki unudulmaz fotoşəkillərdən 10 ədədini təqdim edir.

 

Fotoşəkillərin birincisi 2011-ci ildə Rio-de-Janeyroda torpaq sürüşməsi nəticəsində vəfat etmiş sahibinin məzarı üzərində dayanan “Lio” adlı köpəklə bağlıdır. İkinci fotoşəkil 2011-ci ildə Yaponiyada baş verən sunamidən sonra sahibi ilə görüşən köpəyə məxsusdur. Digər fotoşəkildə Vankuverdə icazəsiz aksiya zamanı iki sevgili polislər gözü qarşısında öpüşür. Dördüncü şəkildə Yaponiyada sunamidən sonra xilas edilən 4 yaşlı qızla bağlıdır.

 

Beşinci şəkil də maraqlıdır. 2009-cu ildə Avstraliyada meşə yanğını zamanı yanğınsöndürən tapdığı koalaya su içirir. İraqda hərbi xidmətdən qayıdan amerikalı ananın qızı ilə görüşü də insan qəlbində silinməz iz buraxır. Yeddinci fotoşəkildə 1989-cu ildə Tyananmendə qiyam zamanı Çin tanklarının qarşısında dayanmış bir qiyamçı görünür.

 

 

Növbəti fotoşəkildə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Keniyanın Dadaab şəhərində yerləşən hospitalında həkim aclıqdan əldən düşmüş, 7 aylıq olmasına baxmayaraq cəmi 3,4 kiloqram çəkisi olan həkimə baxır. 1993-cü ildə Sudanda aclıq zamanı çəkilmiş doqquzuncu şəkildə quzğun  humanitar yardım düşərgəsindəki kiçik qıza baxır. Əfqanıstanda həlak olmuş hərbçi Con Tamilsonun “Qartalgöz” adlı köpəyi onun meyitinin qoyulduğu tabutun yanında uzanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3518
avatar

Oxşar yazılar