Xarkov  atəşə tutuldu:   Ölənlər var
23 aprel 2022 22:20 (UTC +04:00)

Xarkov atəşə tutuldu: Ölənlər var

Rusiya ordusu Xarkovu atəşə tutub.

Lent.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının sədri Oleq Sinegubov "Telegram" kanalında məlumat verib.

Hadisə nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

"Xarkov və rayonun yaşayış məntəqələri atəşə tutulmaqda davam edir. Ən çox vilayət mərkəzində, Severnaya Saltovkada və Saltovka hədəf olunub. Rusiya ordusu küçələri, yaşayış binalarını, anbarları atəşə tutur", - o yazıb.

# 1623
avatar

Oxşar yazılar