Vinni-Puxun evi kirayəyə verilir
17 sentyabr 2021 06:31 (UTC +04:00)

Vinni-Puxun evi kirayəyə verilir

0

Böyük Britaniyada Vinni-Pux evi tikilərək kirayəyə verilir.

Lent.az xəbər verir ki, “Disney” kinokompaniyası ilə “Airbnb” yaşayış sahələrinin sifarişi xidmətinin birgə layihəsi olan və Alan Milnin əsərindəki Möcüzəli meşənin prototipi hesab edilən ev Aşdaun meşəsində yaradılıb.

Eynilə orijinal əsərdə və filmdə olduğu kimi evin damı yaşıl budaqlarla örtülüdür, qırmızı giriş qapının üstündə isə “cənab Sanders” yazılı lövhə asılıb. İçəridə üç çarpayı və qızılgül əksi olan ağ divan var.

Vinni-Pux evində kirayə qiyməti hələ açıqlanmayıb, sifarişlər yalnız 20 sentyabrdan mümkün olacaq. Yalnız o məlumdur ki, ev dörd nəfərlik qruplar üçün nəzərdə tutulub.

Layihənin dizayneri britaniyalı animator Kim Reymonddur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2573

Oxşar yazılar