Vatikan Baydeni gözləyir: Prezident kimi ilk görüş...
06 oktyabr 2021 05:24 (UTC +04:00)

Vatikan Baydeni gözləyir: Prezident kimi ilk görüş...

0

“ABŞ Prezidenti Co Bayden oktyabrın sonunda Papa Fransisi ziyarət edəcək”.

APA-nın məlumatına görə, bunu Vatikanın dövlət katibi kardinal Pietro Parolinin TASS-a açıqlamasında bildirib. 

Kardinal əlavə edib ki, bu görüş Ağ Ev rəhbərinin G20 sammitində iştirak üçün Romaya səfəri çərçivəsində reallaşacaq.

Qeyd edək ki, katolik Bayden Papa ilə prezident kimi ilk dəfə görüşəcək.

Xatırladaq ki, daha əvvəl ABŞ mediası Baydenin 30-31 oktyabr tarixlərində Romada keçirilməsi planlaşdırılan G20 ölkələrinin dövlət və hökumət başçılarının zirvə görüşündə iştirak etmək niyyətində olduğunu yazmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2202

Oxşar yazılar