Rusiyanın Krasnoyarsk şəhərinin sakini öz övladlarının qətlini təşkil edib.
Lent.az REN TV-ə istinadən xəbər verirk ki, qadın potensial qatilə pul köçürən zaman polis əməkdaşları tərəfindən tutulub.
Müstəntiqlərin fikrincə, daşınmaz əmlakın yeganə sahibi olaraq qalmaq istəyən 67 yaşlı şəhər sakini öz oğlu və qızının qətlini sifariş etmək qərarına gəlib.
Dostundan ona kömək etməsini xahiş edib.
İş üçün Krasnoyarsk sakini 80 min rubl ödəməli idi.
Faktla bağlı cinayət işi başlanıb.