Parisin məşhur Eyfel qülləsində tibbi əməliyyat keçirilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Eyfel qülləsinin ikinci mərtəbəsində bir kişinin ürəyi dayanıb. Çağırışa gələn təcili tibbi yardım həkimləri onu əməliyyat ediblər.
Ürəyi dayanan kişi süni ürək və ağciyərdən istifadə edən xüsusi müalicə üsulu olan ECMO (ekstrakorporeal membranın oksigenləşdirilməsi) əməliyyatından keçib.
İki saat sonra xilas olan adam Parisdə tədris xəstəxanasına aparılıb.