Uranın Ariel peykinin buzlu səthinin altında vaxtilə nəhəng okeanın mövcud ola biləcəyinə dair yeni sübutlar əldə edilib.
Lent.az xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb.
Hesablamalara görə, həmin okeanın dərinliyi 100 mildən — təxminən 160 kilometrdən çox ola bilərdi.
Ariel səthindəki çatlar və geoloji strukturlar peykin keçmişdə daha aktiv olduğunu göstərir. Oxşar əlamətlər Uranın digər peyki Miranda üçün də müəyyən edilib. Alimlər bu hipotezi yoxlamaq üçün Uran sisteminə yeni kosmik missiyanın göndərilməsinin vacib olduğunu bildirirlər.